<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>152</hymn_number>
<lyrics>[V1]
 Çarmıxdan aramla axan İsa Məsihin Qanıdır,
 Həzin-həzin yerə daman xilasımızın haqqıdır.

[C1]
   Günahım ağır olsa da, dağlardan böyük olsa da,
   Çarmıxdan axan o Qan təmiz edər məni qardan.

[V2]
 Əbədi Atanın yanından İsa qan tökməyə gəldi,
 Şahlıq tacın Göydə qoyub, Yerdə tikanlı tac geydi.

[V3]
 Rəbbin səsini eşitdim, həyat mənbəyinə gəldim,
 Xilasımı əldə etdim, O məni qardan ağ etdi.

[V4]
 Mənim yorğun, zəif ruhum dünyadan xoşbəxtlik umurdu,
 Tənha, azmış bir quzunu İsa ölümdən qorudu.

[V5]
 Ruhumla daim görürəm çarmıxdan axan o Qanı,
 Oradan daim lütf axır, O məni qar tək ağardır.</lyrics>
<title>Çarmıxdan aramla axan İL152</title>
</song>